Azərbaycan Premyer Liqasının qarşıdakı turunun oyunlarının vaxtı dəyişdirilib
15.05.2008 - 16:43
Azərbaycan Premyer Liqasının qarşıdakı turunun oyunlarının vaxtı dəyişdirilib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının qarşıdakı turunda dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, XXV turun “Gənclərbirliyi” - “İnter” matçı təqvimdə nəzərdə tutulduğu kimi, mayın 17-də yox, bir gün sonra keçiriləcək. Sumqayıtda baş tutacaq bu qarşılaşmanın 18-ə təxirə salınmasına bir səbəblər var. Belə ki, Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparan “Turan”ın da “Standard”la ev oyunu həmin gün olacaq. AFFA “Gənclərbirliyi” və “Turan” arasındakı 3 xallıq fərqi, hər iki klubun Premyer Liqada qalmaq uğrunda apardıqları mübarizəni, idman prinsipləri tələblərinin yerinə yetirilməsinə aid “Əsasnamə və Nizam-İntizam Qaydaları”nın müfaviq maddələrini nəzərə alaraq qərarını verib. Assosiasiya, həmçinin “Gənclərbirliyi” və “İnter”in də rəsmi müraciətlərini nəzərə alıb. Belə ki, bu klublar AFFA-ya ünvanladığı məktublarda görüşün 17-dən 18-ə keçirilməsini istəyib. Bununla da 18-də “Gənclərbirliyi” – “İnter”, “Turan” – “Standard” oyunları ilə yanaşı, “Karvan” – “Simurq”, “Qəbələ” – “Masallı”, bir gün əvvəl ABN – “Bakı”, “Qarabağ” – “Neftçi” və “Xəzər-Lənkəran” – “Olimpik” görüşləri keçiriləcək.
Qeyd edək ki, 18:00-da başlayacaq Lənkərandakı oyun istisna olmaqla, qalan matçlar eyni vaxtda (17:00) başlayacaq.
0