Azərbaycan yığmasına namizəd penaltidən istifadə edə bilməyib
20.05.2008 - 10:18
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasına namizəd olan Ruslan Zeynalovun çıxış etdiyi “Krımteplitsa” klubu Ukrayna çempionatında növbəti məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, birinci dəstədə keçirilən 32-ci turun oyununda 24 yaşlı hücumçunun komandası öz meydanında “Lvov”a uduzub - 0:1. Start heyətində meydana çıxan R.Zeynalov görüşün 3-cü dəqiqəsində penalti zərbəsindən yararlana bilməyib. Çempionatın sonuna 6 tur qalmış 14-cü pillədə qərarlaşan “Krımteplitsa” 32 oyuna 39 xal toplayıb.
- "Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
- A Seriyasında təxirə salınan matçların keçiriləcəyi vaxt açıqlanıb
- "Yunayted"dən transfer bombası: Braziliyalı ulduz Mançester yolunda
- "Qalatasaray" Torreyra ilə yeni müqavilə imzalayıb
- Premyer Liqaya yüksələn iki klub bəlli olub
0
0