“Bakı” klubu yeni mövsümdə Bolqarıstanda hazırlaşacaq
20.05.2008 - 11:35
“Bakı” klubu yeni mövsümdə Bolqarıstanda hazırlaşacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubu yeni mövsümə hazırlığı Bolqarıstanda keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu təklifi klubun makedoniyalı baş məşqçisi Qyoko Hacievski verib. 53 yaşlı mütəxəssis əvvəllər bir müddət Bolqarıstanda çalışıb ki, bu da onun həmin ölkədə tanınması və əlaqələrinin olmasına zəmin yaradıb. Məhz bu səbəbdən “Bakı” üçün yoxlama oyunlarının keçirilməsi üçün sınaqçı rəqiblərin tapılması və baxışa yerli oyunçuların dəvət olunmağı problem yaratmayacaq. Q.Hacievskinin köməkçisi Çudomir Çakarovun da bolqarıstanlı olub həmyerlilərini yaxşı tanıması da bakılıların xeyrinə olan amildir. Heyətində ciddi islahatların aparılacağı gözlənilən paytaxt klubunun gələn mövsüm Bolqarıstanda çıxış edən futbolçulara güvənməyi planlaşdırır. “Bakı”nın hansı şəhərdə toplanış keçəcəyi və toplanışın tarixi hələ dəqiqləşməyib. Qeyd edək ki, əvvəllər “İnter” və “Olimpik” klubları da Bolqarıstanda toplanış keçib
0