“Qarabağ” klubu növbəti mövsümə Türkiyədə hazırlaşacaq
22.05.2008 - 16:01
“Qarabağ” klubu növbəti mövsümə Türkiyədə hazırlaşacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubunun mövsümlərarası dövrlə bağlı planları məlum olub. “APA-Sport” agentliyinin məlumatına görə, ikiqat ölkə çempionu XVII milli çempionata xaricdə hazırlaşacaq. Türkiyəli məşqçi Rasim Kara yetirmələrini yenə öz vətənində hazırlaşdırmaq niyyətindədir. Komanda bu dəfə də Antalya şəhəri yaxınlığındakı Qızılcahamam qəsəbəsində məskunlaşacaq. Təlim-məşq toplanışının iyunun 28-dən iyulun 19-dək keçirilməsi nəzərdə tutulub. Hazırlıq prosesi çərçivəsində ağdamlılar ən azı 4 yoxlama görüşündə qüvvələrini sınamaq fikrindədirlər. Toplanışa 24-25 futbolçu ilə qatılacaq “Qarabağ”ın məşqçi korpusu Türkiyədə olduğu müddətdə yeni legionerləri də baxışdan keçirəcək.
Qeyd edək ki, XVI milli çempionatda mükafatsız qalan “Qarabağ” son 4 ildə 5 dəfə Türkiyədə təlim-məşq toplanışı keçib.
0