Georgi Nikolov: “Olimpik”in xal itirməsi möcüzə olardı”
27.05.2008 - 16:54
Georgi Nikolov: “Olimpik”in xal itirməsi möcüzə olardı”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fikrimcə, çempionluğun taleyi artıq həll olunub. “Olimpik” sabah “Qarabağ”la oyunda 0:0 və ya 1:1 hesablı heç-heçə etməklə, qızıl medallara sahib çıxacaq. Biz isə gümüş mükafatçı olacağıq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. O, bildirib ki, çempionluğun əldən getməsi ilə artıq barışıb: “Olimpik”in son turda “Qarabağ”a uduzaraq, liderliyi əldən verəcəyinə inanmıram. Bu komanda mövsüm ərzində sabit oyunu ilə seçilib. Cəmi bir dəfə, onda da bizə uduzan “Olimpik”in həlledici anda büdrəyəcəyi heç inandırıcı görünmür. “Qarabağ”ın lideri məğlub etməsi və nəticədə “Olimpik”in son turda 1-ci yeri bizə təhvil verməsi gecənin böyük möcüzəsi olardı”. Hər şeyin “Fair Play” çərçivəsində olmasını istəyən G.Nikolov “Qarabağ”ı stimullaşdırmaqlarını söyləyib: “Biz heç vaxt bunu etməmişik, etmərik də. Eyni məhsullar istehsal edən “Coka-Cola” ilə “Pepsi-Cola” şirkətləri necə bir-birlərini stimullaşdıra bilərlər? Söhbət heç də rəqib olmaqdan getmir. Sadəcə, stimullaşdırmanı məqsədəuyğun saymıram. Bir də ki “Qarabağ”ı “Olimpik”i məğlub edəcək gücdə komanda hesab etmirəm”.
0