“İnter” Azərbaycanın 8-ci çempionudur
29.05.2008 - 11:05
“İnter” Azərbaycanın 8-ci çempionudur
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “İnter” klubu Azərbaycan çempionu adınıq qazanan 8-ci komandadır. “APA-Sport” agentliyinin məlumatına görə, bakılılara qədər “Neftçi” 4, “Kəpəz” 3, “Şəmkir”, “Qarabağ” 2, “Xəzər-Lənkəran”, “Bakı”, “Turan” hərəyə 1 dəfə Premyer Liqanın qalibi olub. “İnter” adı altında 4-cü dəfə çempionatda iştirak edən komanda 2004/05 mövsümündə 7-ci, 2005/06 və 2006/07 mövsümlərində isə 4-cü olmuşdu. Tarixində ilk dəfə mükafatçılar sırasına düşən paytaxt klubu ilk medalını ən yüksək əyarlı olan 4-cü komanda oldu. İndiyədək “Neftçi”, “Qarabağ” və “Bakı”nın da ilk mükafatı qızıl olub.
Üç il əvvəl olduğu kimi, yenə iki komanda ilk dəfə uğur əldə edib. “İnter”lə yanaşı, digər paytaxt təmsilçisi “Olimpik” də tarixinin ilk mükafatını əldə edib.

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” Bakı

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993

“Qarabağ” Ağdam

“Xəzər” Sumqayıt

“Turan” Tovuz

1993/94

“Turan” Tovuz

“Qarabağ” Ağdam

“Kəpəz” Gəncə

1994/95

“Kəpəz” Gəncə

“Turan” Tovuz

“Neftçi” Bakı

1995/96

“Neftçi” Bakı

“Xəzri” Buzovna

“Kəpəz” Gəncə

1996/97

“Qarabağ” Ağdam

“Neftçi” Bakı

“Xəzri” Buzovna

1997/98

“Kəpəz” Gəncə

“Dinamo” Bakı

“Şəmkir”

1998/99

“Kəpəz” Gəncə

“Şəmkir”

“Neftçi” Bakı

1999/2000

“Şəmkir”

“Kəpəz” Gəncə

“Neftçi” Bakı

2000/01

“Şəmkir”

“Neftçi” Bakı

“Viləş” Masallı

2003/04

“Neftçi” Bakı

“Şəmkir”

“Qarabağ” Ağdam

2004/05

“Neftçi” Bakı

“Xəzər-Lənkəran”

“Karvan” Yevlax

2005/06

“Bakı”

“Karvan” Yevlax

“Neftçi” Bakı

2006/07

“Xəzər-Lənkəran”

“Neftçi” Bakı

“Bakı”

2007/08

“İnter” Bakı

“Olimpik” Bakı

“Neftçi” Bakı

0