Xaqani Məmmədov həm çempion, həm də bombardir olan 4-cü futbolçudur
29.05.2008 - 12:11
Xaqani Məmmədov həm çempion, həm də bombardir olan 4-cü futbolçudur
Bakı. Vüqar Xeyrullayev - APA-Srort. Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu olub. “APA-Sport” agentliyinin məlumatına görə, 19 qol vurmaqla çempionatın ən məhsuldar oyunçusu olan 33 yaşlı futbolçu karyerasında ilk dəfə belə uğur qazanıb. X.Məmmədov həm də Azərbaycan çempionu adını qazanıb ki, indiyədək yalnız 3 dəfə 1993/94, 1999/2000 və 2006/07 mövsümlərində çempionun oyunçusu Premyer Liqanın bombardiri olub. Musa Qurbanov, Badri Kvaratsxeliya və Zaur Ramazanov da həm şəxsi, həm də komanda uğuruna sevinmişdi. Qeyd edək ki, ölkə çempionu olan “İnter”in özü də Premyer Liqada hamıdan çox qol vuran komandadır.

1992 Nazim Əliyev (“Xəzər” S) - 39 top
1993 Samir Ələkbərov (“Neftçi”) - 16
1993/94 Musa Qurbanov (“Turan”) - 35
1994/95 Nazim Əliyev (“Neftçi”) - 27
1995/96 Rövşən Əhmədov və Fazil Pərvərov (hər ikisi “Kəpəz”) - 23
1996/97 Qurban Qurbanov (“Neftçi”) - 34
1997/98 Nazim Əliyev (“Dinamo”) - 23
1998/1999 Alay Bəhramov (“Viləş”) - 24
1999/2000 Badri Kvaratsxeliya (“Şəmkir”) - 16
2000/01 Paşa Əliyev (“Dinamo”) - 13
2003/04 Samir Musayev (“Qarabağ”) - 21
2004/05 Zaur Ramazanov (“Karvan”) - 21
2005/06 Yakuba Bamba (“Karvan”) – 16
2006/07 Zaur Ramazanov (“Xəzər-Lənkəran”) – 21
2007/08 Xaqani Məmmədov (“İnter”) - 19
0