“Nitra” klubunun baş meneceri: “İntertoto kubokunda “Neftçi” komandasını məğlub edəcəyik”
29.05.2008 - 13:02
“Nitra” klubunun baş meneceri: “İntertoto kubokunda “Neftçi” komandasını məğlub edəcəyik”
İntertoto kubokunda Azərbaycanı təmsil edəcək “Neftçi” ilə qarşılaşacaq “Nitra” rəsmisi hansı komanda ilə görüşəcəklərini bilmir: “Hələ fevralda yarışda iştirak üçün ərizə verəndə bilirdik ki, İntertoto nə ÇL, nə də UEFA kubokudur. Lakin bu, o demək deyil ki, yarışa təkcə yaydakı boşluğu doldurmaq niyyəti ilə qatılırıq. UEFA kubokunda iştirak üçün bu bir şansdır. Bunun üçün Azərbaycandan olacaq rəqibimizi, həmçinin “Jerminal” və “Vasluy” klublarını üstələyə bilərik”. Y.Petrani komandanın baş məşqçisi Pavel Hapalla müqaviləni uzatmaq fikrində olduqlarını bildirib: “Baş məşqçimizi 2009-cu ilin yayınadək klubda saxlamaq istəyirik. İntertoto haqda düşündüyümüz vaxt məşqçi dəyişmək düzgün deyil. Həm də komandanı qitə kubokuna çıxaran odur”.
Qeyd edək ki, “Neftçi” - “Nitra” matçı iyunun 21-də və ya 22-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
0