Fabio Luis Ramim Azərbaycan milli komandasının 19-cu legioneridir
02.06.2008 - 14:26
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda Ruslan Əmircanov və Fabio Luis Ramim ilk dəfə Azərbaycan milli komandasında çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, Zenitsa şəhərində keçirilən matçadək 147 futbolçu yığmanın heyətində meydana çıxıb. Start heyətində yer alan F.Ramim millinin tarixinə həm 148-ci oyunçu, həm də 19-cu legioner kimi düşüb. “Olimpik” klubunun braziliyalı oyunçusunadək 18 əcnəbi futbolçu da milliləşdirilərək yığmada çıxış edib. F.Ramim belə oyunçular arasında 5-ci braziliyalı oldu ki, ona qədər Andre Ladaqa 11, Leandro Qomeş 9, Ernani Pereyra 7, Markus Ferreyra 2 qarşılaşmada forma geyinib. İkinci hissədə meydana çıxan R.Əmircanov isə millinin tarixində 149-cu oyunçu oldu. Qeyd edək ki, Bosniya və Herseqovinaya qarşı matçın iştirakçılarından ikisi – Rauf Mehdiyevlə Zeynal Zeynalov uzun fasilədən sonra yığmada çıxış edib. Millidə 4-cü oyununu keçirən R.Mehdiyev 1225, 3-cü qarşılaşmasına çıxan Z.Zeynalov isə 1628 günlük fasilədən sonra belə şans qazanıb. Onlar son dəfə müvafiq olaraq Trinidad və Tobaqo (23.01.2005), Omanla (17.12.2003) görüşlərdə meydana çıxmışdı.
0
0