Milli komandamızın ilk əcnəbi baş məşqçisi kimi tarixə düşən braziliyalı dünya çempionu Karlos Alberto Torres debütdə böyük hesabla məğlub olanıdır. Azərbaycan yığmasının ilk çalışdırıcısı olan Əhməd Ələsgərov, habelə Əsgər Abdullayevin də siftəsi böyük hesablı yenilgi ilə nəticələnib. 12 məşqçidən yalnız ikisi - Kazbek Tuayevlə makedoniyalı Qyoko Hacievskinin ilk oyunları rəsmi görüşlərə təsadüf edib. Hər iki mütəxəssis Avropa çempionatının müxtəlif seçmə mərhələlərində böyük hesabla uduzan həmkarları (Ağasəlim Mircavadovla Şahin Diniyevi) əvəzləməklə, son iki matçda iş başında olub. Azərbaycan yığmasının çalışdırıcıları arasında yalnız Nazim Süleymanovun debütü həm də sonuncu oyun olub. Belə ki, N.Süleymanov B.Foqtsun təyinatı reallaşanadək, millini oyuna çıxarıb və almaniyalı həmkarı Vilnüsdə baş tutan həmin yoldaşlıq görüşünü tribunadan canlı izləyib.
Azərbaycan milli komandasının baş məşqçilərinin debüt oyunları
Baş məşqçi | Tarix | Meydan | Rəqib | Nəticə |
Əhməd Ələsgərov | 17.09.1992 | Səfər | Gürcüstan | 3:6 |
Ələkbər Məmmədov | 25.05.1993 | Ev | Gürcüstan | 1:0 |
Ağasəlim Mircavadov | 02.09.1994 | Səfər | Moldova | 1:2 |
Kazbek Tuayev | 11.10.1995 | Səfər | İsrail | 0:2 |
Vaqif Sadıqov | 01.03.1997 | Səfər | Estoniya | 0:2 |
Əsgər Abdullayev | 06.02.2000 | Səfər | Malta | 0:3 |
İqor Ponomaryov | 26.07.2000 | Səfər | Bolqarıstan | 1:2 |
Karlos Alberto Torres | 18.02.2004 | Səfər | İsrail | 0:6 |
Şahin Diniyev | 28.02.2006 | Ev | Ukrayna | 0:0 |
Qyoko Hacievski | 17.11.2007 | Səfər | Finlandiya | 1:2 |
Nazim Süleymanov | 26.03.2008 | Səfər | Litva | 0:1 |
Berti Foqts | 02.06.2008 | Səfər | Bosniya və Herseqovina | 0:1 |