Berti Foqts milli komandaya çağırılan beş futbolçunun xidmətindən niyə imtina edib?
05.06.2008 - 12:07
Berti Foqts milli komandaya çağırılan beş futbolçunun xidmətindən niyə imtina edib?
Bunlardan Vaqif Cavadov, Elnur Allahverdiyev, Cəmşid Məhərrəmovdan fərqli, qapıçı Anar Nəzirovla hücumameylli yarımmüdafiəçi Ruslan Zeynalov indiyədək milli komandada oyun keçirməyib. Ancaq B.Foqts hər iki futbolçuya debüt etməyə imkan yaratmayıb. Xüsusilə, Ukrayna çıxış edən soydaşımız Ruslan Zeynalova şans verilməməyi diqqəti çəkən olub. Hər halda, Azərbaycan vətəndaşlığını qəbul edərək, yığmada oynamağa razılıq verən bu futbolçu yoldaşlıq görüşlərində sınanmalı idi. Ölkədən kənarda çıxış edən digər iki futbolçu – Saşa Yunisoğlu və İlqar Qurbanov yalnız Andorra ilə görüşdə, özü də sonradan meydana çıxıb.
Seçmə komandaya ən çox Bakının “Olimpik” klubundan futbolçu çağıran B.Foqts onların dördünə şans verib. Yığmada debüt edən braziliyalı Fabio Luis Ramim yaxşı təsir bağışlayıb, qol da vurmaqla rəsmi matçlara çağırılmaq şanslarını xeyli artırıb. Almaniyalı meydana buraxdığı 20 futbolçudan 11-ini hər iki yoldaşlıq görüşündə sınayıb. Bunlardan F.L.Ramimlə yanaşı, millinin kapitanı Rəşad Sadıqovla Samir Abbasov oyunları əvəz edilmədən keçirib. B.Foqts dayaq yarımmüdafiəçisi mövqeyində S.Abbasovu sonadək oynadıb. Qapıçılara hər matçda 90 dəqiqə şans verən almaniyalı uzun müddət oyun qurucusu mövqeyində çıxış edən Z.Zeynalovu “Karvan”da olduğu kimi, yığmada da dayaq yarımmüdafiəçisi kimi sınayıb.
Cavid Hüseynovla F.L.Ramimdən fərqli, Ruslan Əmircanov öz klubundan (“Standard”) əsas yığmanın heyətində meydana çıxan ilk futbolçu kimi tarixə düşüb.

1

2

3

4

5

6

7

8

1. Rəşad Sadıqov

“Neftçi”

1982

m

90

90

2

180

2. Samir Abbasov

“İnter”

1978

y/m

90

90

2

180

3. Fabio Luis Ramim

“Olimpik”

1982

y/m

90

90 (1 qol)

2 (1 qol)

180

4. Mahir Şükürov

“Xəzər-Lənkəran”

1982

y/m

78

58

2

136

5. Branimir Subaşiç

“Neftçi”

1982

y/m

90

45 (1)

2 (1)

135

6. Xaqani Məmmədov

“İnter”

1976

y/m

90

45

2

135

7. Elvin Əliyev

“Olimpik”

1884

m

90

32

2

122

8. Zeynal Zeynalov

“Karvan”

1980

y/m

54

58

2

112

9. Usim Nduka

“Olimpik”

1985

m

90

20

2

110

10. Zaur Ramazanov

“Xəzər-Lənkəran”

1976

h

10

89

2

99

11. Elmar Baxşıyev

“Xəzər-Lənkəran”

1980

y/m

80

10

2

90

12. Rail Məlikov

“Neftçi”

1985

m

-

90

1

90

13. Mahmud Qurbanov

“İnter”

1973

y/m

-

80

1

80

14. Saşa Yunisoğlu

“Qrotslin” (Polşa)

1985

m

-

70

1

70

15. Aleksandr Çertoqanov

“Neftçi”

1980

y/m

54

-

1

54

16. Fərhad Vəliyev

“Qarabağ”

1980

q

-

45 (-1)

1

45 (-1)

17. Rauf Mehdiyev

“Olimpik”

1976

q

45 (-1)

-

1

45 (-1)

18. İlqar Qurbanov

“Sivasspor” (Türkiyə)

1986

y/m

-

32

1

32

19. Ruslan Əmircanov

“Standard”

1985

m

12

-

1

12

20. Cavid Hüseynov

“İnter”

1988

h

-

1

1

1

21. Vaqif Cavadov

“Qarabağ”

1989

h

-

-

-

-

22. Elnur Allahverdiyev

“Neftçi”

1983

m

-

-

-

-

23. Cəmşid Məhərrəmov

“Bakı”

1983

y/m

24. Anar Nəzirov

“Turan”

1985

q

25. Ruslan Zeynalov

“Krımteplitse” (Ukrayna)

1982

y/m



Qeyd: 1-futbolçu, 2-klub, 3-təvəllüd, 4-amplua, 5-Bosniya və Herseqovina, 6-Andorra, 7-oyun sayı, 8-dəqiqə.
0