Samir Musayev: “UEFA kubokunda uğurlu çıxış etmək üçün gərginlikdən çıxmalıyıq”
06.06.2008 - 15:33
Samir Musayev: “UEFA kubokunda uğurlu çıxış etmək üçün gərginlikdən çıxmalıyıq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Olimpik”lə müqaviləm başa çatıb. Gələcək taleyimə baş məşqçi, klub rəhbərliyi qərar verəcək”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Olimpik” klubunun hücumçusu Samir Musayev deyib. 29 yaşlı futbolçu bildirib ki, komandasının debüt edəcəyi avrokuboklarda çıxışına psixoloji təsir göstərəcək: “Fikrimcə, çempionluğu son anda əldən verməyimiz komandada qalanlara qarşıdakı oyunlarda pis təsir edəcək. UEFA kubokunda uğurla çıxış etmək üçün gərginliyi öz üzərimizdən atmalıyıq. Sözsüz ki, “Olimpik” avrokuboklara çıxan hər bir komanda kimi, heyətini gücləndirəcək. Böyük qınaq obyektinə çevrilən “Olimpik” də Avropa miqyasında kimisə yox, Azərbaycanı təmsil edəcək. UEFA kubokunda layiqli çıxışla, mərhələ adlamaqla, mövsümün sonundakı uğursuzluğu unutdurmalıyıq”.
0