Ayıb, vallah ayıb!
19.07.2008 - 11:40
Əvvəlcə hər şey möhtəşəm səslənirdi; oyunun elanı da, təqdimatı da. Amma zavallı lənkəranlılar (əslində - Azərbaycan futbolsevərləri) nə biləydi ki, 280 kilometrlik Lənkəran - Bakı yolunu böyük məyusluqla dönəcəklər. Düzdür, beynəlxalq səviyyəli yarışlarda klublarımızın fövqəltəbii oyun nümayiş etdirməyəcəyini iddia etmək böyük bacarıq tələb etmir. Komandalarımızın və futbolçularımızın real gücü əcnəbilərə də məlumdur, o ki qaldı bizimkilərə. “Xəzər-Lənkəran”ın sadiq azarkeşləri də bunu gözəl bilir(di). Gəl ki, komandanın uğuruna şahidlik istəyi onları düz paytaxta gətirdi. Bəs yaşadıqları nə oldu? 90 dəqiqəlik iztirab. Səbəbi? Səbəbini klub nümayəndələri hərə bir cür izah edir. Amma heç bir səbəb məğlubiyyətə əsas ola bilməz, özü də “Xəzər-Lənkəran” kimi bir klubda.
Komanda böyük azarkeş ordusuna malikdir. Lənkəran klubuna dəstək o dərəcədə yüksək idi ki, heç tamaşaçılar üçün oturacaqlar da kifayət etmədi. Fəal 12-ci oyunçusu olan komandaya başqa nə lazım idi? Mükafat? Bildiyimizə görə, komandanın sahibi “səxavətli əlini” indiyədək nə məşqçi heyətinin, nə də futbolçuların üstündən çəkməyib. “Xəzər-Lənkəranın”ın büdcəsi “Lex”in maliyyə imkanlarından qat-qat yüksəkdir. Futbolçuların gəlirlərindən isə danışmaq belə artıqdır. “Ağ-yaşıl” formanı geyən futbolçular Lənkəran klubunda xülyalarını gerçəkləşdirib: ən yüksək müqavilə məbləği, mükafatlar, 100 min dollar dəyərində olan maşınlar, bahalı mənzillər və s. və s. və s. (Halallıqla işlətsinlər, yalnız halallıqla). Elə isə zəif oyuna səbəb nədir? Görəsən, Mahir Şükürov rəqib futbolçunun onun cavabdeh olduğu cinahla irəliləyərək qapı qarşısında neçə dəfə təhlükəli vəziyyət yaratdığını saydımı?
Yarımmüdafiə xətti də müdafiə xətti kimi yarıtmaz idi. Orta sahədə ağalıq edən polşalılar bir göz qırpımında Cənub təmsilçisinin qapısında görünürdü. Ani və kəsərli əks-hücum. Yenə qapıçı, yenə dirək, yenə kiminsə xilaskar ayağı və ya başı komandamızı xilas edir.
Hücum xəttindən isə danışmağa dəyməz. Oyun təcrübəsi olmayan Yakuba Bambanın Zaur Ramazanovla hansı dildə anlaşdığı məlum deyil. Yoxsa onları topla təchiz edən başqa birisi var idimi? Baş məşqçi Ağasəlim Mircavadov iddia edə bilər ki, “heyət yenidir, əsas oyunçular zədəlidir və ya UEFA bizə yeni legionerləri komandaya cəlb etməyə imkan vermədi”. Ya da məsuliyyəti AFFA-nın üzərinə ata bilər ki, futbol qurumu Avropa Futbol İttifaqının əsasnaməsində dəyişikliklə bağlı onları xəbərdar etməyib. Əgər belədirsə, doğrudan heyətlə bağlı problemdə AFFA da məsuliyyət daşıyır. Amma ən böyük cavabdehlik bütünlüklə komandanın aidiyyatı şəxslərinin üzərindədir. Klubun vitse-prezidenti Tuyqun Nadirovun komandadakı peşəkarlıqdan danışdığını çox eşitmişəm. Mütəmadi olaraq, bu barədə söz açan klub rəsmiləri bir dəfə belə olsun UEFA-nın rəsmi internet səhifəsinə baxıb əsasnamə ilə maraqlanmırsa, onda hansı peşəkarlıqdan söhbət gedə bilər? Halbuki, internetlə işləmək sahəsində cüzi bacarığı olan şəxslər belə UEFA-nın saytında uzağı 10 dəqiqə ərzində yeniliklərdən xəbərdar ola bilər. Necə ki, olanlar var idi. Bəs “Xəzər-Lənkəran” nümayəndələri hara baxıb? Və ya kimə baxıb və nə üçün baxıb? Bir də ki, onlar onsuz da il ərzində harasa “baxır”. Olmazdı ki, heç olmasa, vacib oyun ərəfəsi bir dəfə də UEFA-nın əsasnaməsinə baxsınlar?
O ki qaldı çalışdırıcının məğlubiyyəti komandasında heyətin zəifliyi və ya “Lex”in doğrudan da güclü komanda olmasıyla əsaslandırmasına, buna da cavabımız var. Mario Souza kimi aparıcı oyunçuların imkanlı komandanı maliyyə problemi üzündən tərk etməsi gülünc deyilmi? Yəni, “Xəzər-Lənkəran”ın braziliyalı oyunçunu komandada saxlamaq üçün pulu çatmadı? Bəlkə başqa səbəblər var idi? Bəlkə Souzanı komandada saxlamaq üçün başa salacaq ispan dilli tərcüməçi yoxdur?
Heç dərinə getməyək, Avropa çempionatının yarımfinal mərhələsində Türkiyə millisinin heyəti daha acınacaqlı halda idi. Baş məşqçi Fatih Terimin ixtiyarında nəinki sağlam, heç zədəli futbolçu da yox idi. Bununla belə, türklər almanlara az qala futbol dərsi keçəcəkdi. Budur əzmkarlıq! O əzmkarlıq ki, futbolçularımızın əksəriyyətində bu xüsusiyyət yoxdur. Deməli, yenə günah özümüzdədir. Həm də etiraf edək ki, avrokubok yarışları futbolumuzun güzgüsüdür. Komandalarımızın real gücü belə oyunlarda üzə çıxır. Ayıb, vallah ayıb! 100 minlərlə azarkeşi, güclü maliyyə dayaqları, sanballı ofisləri olan bir klubun UEFA-dakı yeniliklərdən xəbərdar olmaması, maliyyə məsələsi üzündən səviyyəli futbolçuları saxlamağa maraq göstərməməsi və hər nə səbəblə olur-olsun, fanatlarını məyus yola salması ən böyük AYIB!

0
0