Avro-2008-də iştirak etmiş hər bir rusiyalı futbolçu 190 min avro qazanıb
23.07.2008 - 13:14
Avro-2008-də iştirak etmiş hər bir rusiyalı futbolçu 190 min avro qazanıb
Bakı - APA-Sport. İyunda Avstriya və İsveçrədə keçirilmiş 13-cü Avropa çempionatının bürünc mükafatçısı Rusiya milli komandasının hər bir futbolçusuna 190 min avro pul mükafatı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı qərar Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub. Baş məşqçi hollandiyalı Qus Hiddinkə də eyni məbləğdə mükafat təqdim edilib. Məşqçilər korpusunda yer alan digər çalışdırıcılar faydalı iş əmsalına uyğun olaraq, bu məbləğin 30-60 faizinə sahib çıxıblar.
Qeyd edək ki, Avro-2008-də Rusiya yığmasının heyətində 23 futbolçu oynayıb.
0