Miloş Boqunoviç: “Bizə Serbiyada da çətin olacaq”
30.07.2008 - 11:25
Miloş Boqunoviç: “Bizə Serbiyada da çətin olacaq”
Bakı. Kənan Həsənov - APA-Sport. Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “İnter”lə heç-heçə (1:1) edən “Partizan” klubunun hücumçusu Miloş Boqunoviç oyundan sonra havanın isti olmasından şikayətlənib. “APA-Sport” agentliyinin məlumatına görə, serbiyalıların heyətində yeganə qolun müəllifi olan forvard növbəti mərhələyə yüksələcəklərini də qeyd edib: “Hava isti olduğundan oyunumuz alınmadı. Buna baxmayaraq, heç-heçə edə bildik. Bu nəticə növbəti mərhələyə yüksələcəyimizi asanlaşdırır. Bizə Serbiyada da çətin olacaq. “İnter” zəif komanda deyil. Biz rəqibdən belə oyun gözləmirdik”.
0