Bellami Azərbaycanla oyunu buraxa bilər
07.08.2008 - 12:13
Bellami Azərbaycanla oyunu buraxa bilər
Bakı. Kənan Həsənov - APA-Sport. Uels yığmasının kapitanı Kreyq Bellami Azərbaycan milli komandası ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kardiff şəhərində keçiriləcək oyunu buraxa bilər. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb İngiltərənin “Vest Hem” klubunun şərəfini qoruyan hücumçunun zədələnməsidir. K.Bellami komandasının “İpsviç” klubu ilə yoxlama oyununda meydanı vaxtından əvvəl tərk edib. Uelsli futbolçu diz bağlarını zədələyib. O, bu səbəbdən Rusiya milli komandası ilə oyunda da meydana çıxmamaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, Uels - Azərbaycan oyunu sentyabrın 6-da “Millenium” stadionunda baş tutacaq.


0