Azərbaycan Premyer Liqasının ikinci turunun oyunlarının vaxtı müəyyənləşib
14.08.2008 - 13:43
Azərbaycan Premyer Liqasının ikinci turunun oyunlarının vaxtı müəyyənləşib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasının ikinci turunun oyunlarının keçirilmə vaxtı məlum olub. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 16-da keçiriləcək oyunların ikisinin başlama vaxtı dəyişdirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Neftçi” – “Bakı” görüşü saat 21:00, “Şəfa” stadionunda keçiriləcək “İnter” - “Standard” qarşılaşması isə saat 19:00-da başlayacaq. Digər matçlar isə əvvəldən planlaşdırıldığı kimi 18:00-da başlayacaq. Avqustun 16-da keçiriləcək “Qarabağ” – “Olimpik”, həmçinin ertəsi baş tutacaq NBC – “Simurq”, MOİK – “Qəbələ” və “Karvan” – “Bakılı” oyunlarının başlama saatında dəyişiklik olmayıb.
Qeyd edək ki, ikinci turun “Xəzər-Lənkəran” oyunu təxirə salınıb. Görüş sentyabrın 13-də keçiriləcək.
0