Makedoniyalı futbolçu Besart İbraimi: “Bakı”nın mənə təklif etdiyi şərtlər əladır”
14.08.2008 - 17:45
Makedoniyalı futbolçu Besart İbraimi: “Bakı”nın mənə təklif etdiyi şərtlər əladır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubunun mənə təklif etdiyi şərtlər əladır. Lakin mən bir müddət düşünməliyəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı”nın transfer etmək istədiyi makedoniyalı Besart İbraimi deyib. 22 yaşlı hücumçu həmyerlisi Qyoko Hacievskinin çalışdırdığı “Bakı” ilə danışıqlar aparmaq üçün müəyyən müddət ölkəmizdə olub. Hazırda Makedoniyanın “Renova” klubunun şərəfini qoruyan B.İbraimi artıq vətəninə dönüb. O, “Bakı”ya keçidinin alınacağına inamını ifadə edib: “Tezliklə “Renova”nın rəhbərliyi ilə görüşəcəyəm. Səmimi deyirəm ki, Azərbaycan çempionatında çıxış etmək istəyirəm. “Bakı”ya transferim “Renova” rəsmiləri ilə danışıqlardan asılıdır”.
Qeyd edək ki, “Bakı”nın heyətində iki makedoniyalı futbolçu Georgi Xristov və Draqan Naçevski yer alıb. Bununla yanaşı, klub rəhbərliyi daha bir makedoniyalı oyunçu Nikola İlievskini də heyətə cəlb etmək niyyətindədir.
0