İslandiya - Azərbaycan matçını AzTV telekanalı canlı yayımlayacaq
15.08.2008 - 13:54
İslandiya - Azərbaycan matçını AzTV telekanalı canlı yayımlayacaq
Bakı. Aqşin Əlyev - APA-Sport. Azərbaycanın futbol həvəskarları milli komandanın növbəti beynəlxalq yoldaşlıq görüşünü televiziya vasitəsilə izləmək imkanı qazanıblar. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamızın İslandiya ilə keçirəcəyi oyunu AzTV canlı yayımlayacaq. Reykyavikdə təşkil olunacaq qarşılaşmanın start fiti avqustun 20-dən 21-nə keçən gecə Bakı vaxtı ilə saat 00:45-də çalınacaq. Futbolçularımız səfərə avqustun 18-də çarter reysi ilə yollanacaqlar. Yoldaşlıq görüşü milli komandamız üçün dünya çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
0