Azərbaycan milli komandası ilə oyuna Latviyanın 20 futbolçusu çağırılıb
15.08.2008 - 16:31
Azərbaycan milli komandası ilə oyuna Latviyanın 20 futbolçusu çağırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının avqustun 20-də yoldaşlıq görüşü çərçivəsində qarşılaşacağı Latviyanın heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, rəqib komandanın heyətinə 20 futbolçu çağırılıb. Baş məşqçi Gennadi Şitiks 2 qapıçı, 7 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçuya dəvət göndərib. Yığmaya Litvada legioner həyatı yaşayan futbolçu da cəlb olunub. Latviya - Azərbaycan oyunu Yurmala şəhərində keçiriləcək.

Latviya yığmasının heyəti:

Qapıçılar:
Hermanis Malins (“Skonto”), Aleksandr Vlasov (“Vindava”).

Müdafiəçilər: Vitali Smirnov, Vadim Gaiļus, Raivis Şçanoviçs (hamısı “Skonto”), Artyom Kuzņetsov (“Yurmala”), Artur Silagailis (“Blajna Rezekne”), Vladislav Gabov (“Dauqava”), Ritus Kryauklis (“Dinaburq”).

Yarımmüdafiəçilər: Oļeq Layzans; İqor Kozlov (hər ikisi “Skonto”), Aleksandr Fertov, Dmitri Zolotaryov (hər ikisi “Olimps”), Yevgeņi Kosmaçov, Artis Lazdinş (hər ikisi “Ventspils”), Vadim Zulev (“Dauqava”).

Hücumçular: Artyom Rudnev (“Dauqava”), Oļeq Malaşenoks (“Yurmala”), Ivan Lukyanov (“Suduva”, Litva), Vladimirs Kameşs (“Metallurq”).


0