Azərbaycan milli komandası Belarusda böyük hesablı qələbə qazanıb
16.08.2008 - 09:52
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması (U-17) Belarusun paytaxtı Minskdə keçirilən təlim-məşq toplanışında növbəti yoxlama oyununa çıxıb. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı Bernard Lippertin yetirmələri “Minsk” klubunu sınağa çəkiblər. Rəqibdən açıq-aşkar üstün olan yeniyetmə futbolçularımız böyük hesablı qələbə qazanıblar - 4:0. Milli komandamızın qollarına Emil Mehdiyev, Məhəmməd Qurbanov, Şərif İslamov və Aleksey Qavrilyuk imza atıb.
Qeyd edək ki, Minsk toplanışı yığmamız üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Minsk toplanışı yığmamız üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0