“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev 554 dəqiqədən sonra qol buraxıb
18.08.2008 - 14:31
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev 554 dəqiqədən sonra qol buraxıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının ikinci turunda Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin seriyası qırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Bakının “Olimpik” klubunun hücumçusu Junivan Suares 28 yaşlı qapıçını 554 dəqiqədən sonra topu qapıdan çıxarmağa məcbur edib. Ölkə çempionatında keçirdiyi son 5 oyunda qapısını toxunulmaz saxlayan F. Vəliyev sonuncu dəfə 119 gün əvvəl ötən mövsümün “İnter”lə qarşılaşmasında qol buraxmışdı. Bu il aprelin 19-da keçirilən həmin qarşılaşmada “Qarabağ”ın qapısına yeganə qolu Mahmud Qurbanov vurmuşdu. Ağdamlılar cari mövsümün ilk turunda qapısından qol buraxsa da, həmin oyunda iştirak etmədiyindən F. Vəliyevin seriyası qırılmaz qalıb. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının ikinci turunda keçirilən “Qarabağ” - “Olimpik” oyunu 1:1 hesabı ilə başa çatıb.
0