Maradonanın məşqçisi Azərbaycana gəlir
08.10.2008 - 11:53
Maradonanın məşqçisi Azərbaycana gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın məşqçisi Ottavio Byanki Azərbaycana gələcək. “APA-Sport”un məlumatına görə, 65 yaşlı italyan mütəxəssis Bakının “İnter” klubunun “Milan”la birgə həyata keçirdiyi “Milan Junior Camp” müştərək layihədə iştirak etmək üçün Bakıya təşrif buyuracaq. İtalyan mütəxəssislər oktyabrın 27-dən 31-dək “Şəfa” stadionunda 7-14 yaşlı futbolçulara arasında seçim edəcək. Seçiləcək 4 futbolçu “Milan”ın düşərgəsinə yollanaraq məşhur “San-Siro”da məşq keçmək imkanı qazanacaq.

Byanki 1985-1989-ci illərdə Maradona, braziliyalı Kareka kimi məşhur futbolçuların çıxış etdiyi İtaliyanın “Napoli” klubunun baş məşqçisi olub. O, “Napoli”yə İtaliya çempionluğu, bundan iki il sonra UEFA kubokunu qazandırıb. Byanki vətənində məşqçilik karyerası dövründə “İnter”, “Roma”, “Fiorentina” kimi klubları da çalışdırıb.


0