Yığmamız 5 pillə gerilədi
08.10.2008 - 12:05
Bakı. Mehman Süleymanov – APA-Sport. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. “APA-Sport”un məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsinin ilk iki - səfərdə Uelslə, evdə Lixtenşteynlə oyunlarda cəmi bir xal toplayan Azərbaycan yığması ötən ayla müqayisədə 5 pillə geriləyib. Hesabında 191 xal olan milli komandamız 143-cü yerə düşüb.
Yığmamızın seçmə mərhələdə qarşıdakı rəqibi olan Finlandiya bir pillə geriləyib. Skandinaviya təmsilçisi 642 xalla 43-cü pillədədir. Qrupumuzun favoritləri Almaniya və Rusiya ilk “onluq” qərarlaşıb. Uels (518 xal) 61-ci, Azərbaycan kimi 5 pillə geriləyən Lixtenşteyn (227 xal) isə 135-ci yerə düşüb.
Sıralamaya yenə də İspaniya (1643 xal) başçılıq edir. Üç pillə geriləyən Türkiyə 13-cü (1021 xal) yerdədir.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0