Yeryomenko: “Azərbaycana yuxarıdan aşağı baxmaq olmaz”
08.10.2008 - 14:53
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanla oyunda bir xal bizi qane etməyəcək”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının oyunçusu Roman Yeryomenko deyib. Kiyevin “Dinamo” komandasında çıxış edən 21 yaşlı yarımmüdafiəçi yığmamızla ötən ilki iki oyunu unutmayıb: “Mən Avropa çempionatının seçmə mərhələsindəki oyunları yaxşı xatırlayıram. Helsinkidəki qarşılaşmada özüm də iştirak etmişəm, digərini isə izləmişəm. Həmin matçlarda sanki lənətlənmişdik. İki oyundan birini uduzduq və yalnız öz meydanımızda çətin qələbə qazana bildik. Bu səbəbdən mütləq qələbə qazanmalıyıq. Bunun üçün biz hər şeyə hazır olmalıyıq. Qətiyyən rəqibə yuxarıdan aşağı baxmaq olmaz”.
Qeyd edək ki, Finlandiya – Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.
Qeyd edək ki, Finlandiya – Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0