“Əhməd Ələsgərovun qəlbimdə xüsusi yeri var”
08.10.2008 - 15:01
Bakı. Mehman Süleymanov - APA-Sport. “Futbolçu karyeram dövründə mənə yüksək səviyyəli mütəxəssislərlə işləmək xoşbəxtçiliyi nəsib oldu. Bunlar arasında Əhməd Ələsgərov da var”. “APA-Sport”un məlumatına görə, bunu Odessanın “Çernomorets” klubunun keçmiş futbolçusu İqor Savelyev deyib. Azərbaycan milli komandasının və “Neftçi”nin 73 yaşlı sabiq baş məşqçisi Əhməd Ələsgərov “Çernomorets”i də çalışdırsa da, Savelyev onunla Moldovada çalışıb. Ələsgərovun rəhbərliyi altında “Nistru”da (Kişinyov) çıxış edən ukraynalı futbolçu Bakının “İnter” klubunun baş məşqçisi olmuş həmyerlisi Anatoli Konkovu da unutmayıb: “Konkovla “Tavriya”da, Prokopenkoyla “Çernomorets”də, Morozov və Lobanovski ilə Kiyevin “Dinamo” klubunda bir yerdə işləmişik. Mən onlardan çox xeyirli şey götürmüşəm. Bu məşqçilər arasında Prokopenko ilə Ələsgərov qəlbimdə xüsusi yer tutub. Əhməd Lətifoviçlə indinin özündə də münasibət saxlayırıq. O, təcrübəli və əla mütəxəssisdir”.
0
0