Türkiyəli azarkeşlərə sürpriz
08.10.2008 - 15:03
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyası (TFF) dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İstanbulda keçiriləcək Bosniya və Herseqovina ilə oyuna özünəməxsus şəkildə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, görüşdən əvvəl azarkeşlərə milli komandanın atributlarını əks etdirən 25 min ədəd qısaqol köynək paylanacaq.
Federasiya rəsmisi Ləvənt Kızıl bu oyunda azarkeşlərin dəstəyinə daha çox ehtiyacları olduqlarını bildirib: “Fanatlara indiki məqamda daha çox ehtiyacımız var. Türkiyəyə yaraşan bir şəkildə 90 dəqiqə komandanı dəstəkləsinlər. Məşqçimizə və futbolçularımıza güvənirik. Bu oyundan 3 xalla ayrılacağımıza inanırıq”.
Qeyd edək ki, Türkiyə yığması növbəti matçını oktyabrın 15-də Tallində Estoniyaya qarşı keçirəcək.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0