Türkiyə prezidentindən Ərtoğrul Sağlama dəstək
08.10.2008 - 15:15
Türkiyə prezidentindən Ərtoğrul Sağlama dəstək

Belə ki, Abdullah Gül oktyabrın 6-da Türkiyə Superliqası çərçivəsində keçirilən “Beşiktaş” - “Hacettepe” (2:1) matçından sonra birincilərin baş məşqçisi Ərtoğrul Sağlamla telefon əlaqəsi saxlayıb. Ölkə prezidenti 39 yaşlı çalışdırıcıya mənəvi dəstək olub: “Oyun zamanı çox məyus görünürdün. Bu vəziyyətin xoşumuza gəlmədi. Futbolda hər şey ola bilər. Kədərlənməyə dəyməz”.

Dünən isə baş nazir Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə Sağlamla danışıb: “Beşiktaş”a rəhbərlik etdiyin dövrdə bir sıra uğurlara imza atmısan. Düzdür, bəzən şanssızlıqla üzləşirdin. Ancaq üzülmə, çox gəncsən, Türkiyə futbolunun səndən uzun müddət faydalanacağına inanıram”.

Bu danışıqdan bir neçə saat sonra mətbuat konfransı keçirən Sağlam vəzifəsindən istefa verdiyini açıqlayıb.