Azərbaycan – Gürcüstan – 0:0
08.10.2008 - 16:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan və Gürcüstanın 19 yaşadək futbolçularından ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. “APA-Sport”un məlumatına görə, oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda qapılar toxunulmaz qalıb. Yaşar Vahabzadənin yetirmələri bir neçə epizodda əlverişli imkandan yararlana bilməyiblər. Beləliklə, görüş 0:0 hesabı ilə nəticələnib. Tərəflər arasında növbəti qarşılaşma oktyabrın 10-da eyni stadionda olacaq.
Qeyd edək ki, gürcüstanlılarla oyun yığmamız üçün Avropa çempionatının ilkin seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyır. Milli komandamız oktyabrın sonlarında 1-ci qrupda Şotlandiya, Macarıstan və San Marinoya qarşı mübarizə aparacaq.

0
0