Mustafa Dənizli “Beşiktaş”ın bazasını gəzdi
09.10.2008 - 13:26
Bakı - APA-Sport. “Beşiktaş”ın yeni baş məşqçisi Mustafa Dənizli klubun bazasına baş çəkib. “APA-Sport”un məlumatına görə, komandanın prezidenti Yıldırım Dəmirörənlə birgə bazanı gəzən təcrübəli çalışdırıcı mövcud durumla tanış olub.
Dənizli ilə rəsmi müqavilə bu gün imzalanacaq. Razılaşmanın müddəti hələlik açıqlanmır. 59 yaşlı məşqçinin vəzifəsinin icrasına sabahdan başlayacağı gözlənilir. O, komandanı Türkiyə Superliqasının növbəti turu çərçivəsində “Gənclərbirliyi”nə qarşı oyuna hazırlaşdıracaq.
Qeyd edək ki, Dənizli “Beşiktaş”ın baş məşqçisi postundan oktyabrın 7-də istefa vermiş Ərtoğrul Sağlamı əvəzləyib.

- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0