Fransadan Azərbaycan futboluna daha bir zərbə
09.10.2008 - 15:03
Fransadan Azərbaycan futboluna daha bir zərbə
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanın 17 yaşlı qızlardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. “APA-Sport”un məlumatına görə, qrup oyunlarını İtaliyada keçirən Şamil Heydərovun yetirmələri bu dəfə Fransa qarşısında aciz qalıb. Yalnız matçın 37-ci dəqiqəsinədək qapısının toxunulmazlığını qoruyan millimiz növbəti 43 dəqiqədə 6 cavabsız top buraxıb – 0:6. İkinci tura bu gün axşam keçiriləcək İtaliya – İslandiya oyunu ilə yekun vurulacaq.
İlk oyununda meydan sahiblərinə 1:3 hesabı ilə uduzan komandamız son matçını oktyabrın 12-də İslandiyaya qarşı keçirəcək.

 

komanda

O

Q

H

M

T

X

1

Fransa

2

2

0

0

7-0

6

2

İtaliya

1

1

0

0

3-1

3

3

İslandiya

1

0

0

1

0-1

0

4

Azərbaycan

2

0

0

2

1-9

0