“Beşiktaş”da daha bir istefa
09.10.2008 - 15:44
“Beşiktaş”da daha bir istefa
Bakı – APA-Sport. Türkiyənin “Beşiktaş” klubunda daha bir istefa gerçəkləşib. “APA-Sport”un məlumatına görə, baş məşqçi Ərtoğrul Sağlamdan sonra, menecer Sinan Engin də komandadan ayrılıb. O, bu qərarını səhhətində yaranan problemlərlə izah edib.

Qeyd edək ki, “Beşiktaş” rəhbərliyi Sağlamla eyni gündə istefa verən Enginin ərizəsini qəbul etməmişdi.