Elxan Məmmədova yeni vəzifə verildi
10.10.2008 - 14:54
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-da da çalışacaq. “APA-Sport”un məlumatına görə, Məmmədov qitə futbol qurumunun Fransanın Bordo şəhərində keçirilən son iclasında UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsi sədrinin ikinci müavini təyin edilib. Baş katibin bu qurumda fəaliyyəti gələn ilin iyunun 30-dək nəzərdə tutulub. Onun bu vəzifəyə namizədliyi AFFA rəhbərliyi tərəfindən irəli sürülüb.
- Van Qal “Ayaks”dan ayrıldı: Klub rəsmən açıqladı
- “Qalatasaray”ın türkiyəli futbolçusu Şimali Makedoniya millisini seçdi
- "Siti"dən 135 milyon avroluq transfer - RƏSMİ
- “Aston Villa”dan transfer planı: La Liqa klubunun futbolçusunu istəyir
- “Fənərbaxça”da ayrılıq ehtimalı: Bundesliqa klubları hücumçunu istəyir
0
0