“Bəziləri komandamızda narazılıqların olmasında maraqlıdır”
10.10.2008 - 17:30
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi”nin daxilində elə bir ciddi narazılıq yoxdur, hər şey qaydasındadır. Mən bunun bir qrup insan tərəfindən qəsdən ortaya atıldığını demək istərdim. Bu da təbiidir, çünki “Neftçi” flaqman hesab olunur. Bizdə isə irəlidə gedənin arxasınca danışmaq bir növ adətdir. Görünür, kimlərsə klub daxilində narazılıqların olmasında maraqlıdır”. “APA-Sport”un məlumatına görə, bunu “Neftçi” klubunun kapitanı Rəşad Sadıqov deyib.
Azərbaycan Premyer Liqasının son turunda MOİK-lə oyunda qol vuranadək komandada ağır psixoloji gərginliyin olduğunu etiraf edən Rəşad üçün 5:0 hesablı qələbə ilk hissədəki oyuna görə gözlənilməz imiş: “Əvvəlki oyunlar kimi yenə yaxşı təsir göstərə bilmədik. İkinci hissədə isə vəziyyət tamamilə dəyişdi. Uşaqlarla öz aramızda danışırdıq ki, heç olmasa bir qol vursaq, açılaşacağıq. Elə də oldu. Bundan sonra gözəl oyun nümayiş etdirə bildik”.
Milli komandada da kapitan sarğısını daşıyan 26 yaşlı müdafiəçi Finlandiya ilə sabahkı oyuna hazırlıqdan razılığını ifadə edib. Rəşad Helsinkidəki rəsmi matçla bağlı proqnoz verməyin asan olmadığını söyləyib: “Bizi qarşıda çətin oyun gözləsə də, məşqçilərin ümidini doğrultmaqla, azarkeşlərimizə sevinc bəxş etməyə çalışacağıq. Lixtenşteynlə oyunda itirdiyimiz inamı baxımlı oyunumuzla qaytarmaq istəyirik. Bunun üçün meydanda əzmkar olmalıyıq. Emin Cəfərquliyevlə Araz Abdullayev heç nədən çəkinmədən milli komandaya tez alışdılar. Yığmada belə gənclərin olması son dərəcə yaxşı haldır”.
Həm yığmada, həm klubda məşq proseslərin eyni olmasını alman mütəxəssislərin olması ilə əlaqələndirən Sadıqova bu sistem tanışdır: “Mən hələ Türkiyədə oynayandan bu sistemlə tanışam. Çünki onlar da alman sisteminə üstünlük verirdilər. Millinin baş məşqçisi Berti Foqtsun əksər futbolçuların öz üzərində lazımı səviyyədə çalışmadıqları fikri ilə razıyam. Çünki hər bir futbolçu öz üzərində nə qədər çox çalışsa, bir o qədər yaxşıdır. Onu da qeyd edim ki, bizim futbolçularda böyük potensial var. Çalışıb onu üzə çıxartmalıdırlar”.
Mənbə: pfl.az

0
0