“Mənə cəza verənləri Allaha tapşırıram”
10.10.2008 - 18:03
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bir aylıq cəzalanmağımla bağlı qərarı haqsız sayıram. Qərarda göstərildiyi kimi, hakimliyin qiymətini şişirtməmiş, əksinə, obyektivliyimi qorumuşam. Belə olan halda, niyə belə ağır cəzalanmalıyam?” Bu sözləri “APA-Sport”a açıqlamasında AFFA-nın hakim-inspektoru Novil İsmayılov deyib.
Assosiasiyanın Hakim-İnspektorlar Komitəsi tərəfindən bir aylıq vəzifəsindən kənarlaşdırılan İsmayılovun sözlərinə görə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin televiziyadakı çıxışı onda nikbinlik yaradıbmış: “Musayevin həftənin əvvəlində son turun oyunları ilə bağlı idman verilişində “Bakı” – “Olimpik” matçında bütün qolların düzgün vurulduğunu açıqladı. Bunu televiziya ilə izlədim. Sonradan isə Komitələr yığışır, əvvəl hakim Fariz Yusifovu, daha sonra məni ağır cəzalandırırlar. Niyə belə olmalıdır?”
Hazırda Gəncə olduğunu bildirən İsmayılovun fikrincə, bu bəd xəbəri ona telefonla çatdırıblar: “Heç olmasa, məni iclasa çağırardılar, sözümü deyərdim. Belə söz-söhbətlər gəzir ki, kimsə kimisə vurmaq istəyir. Başa düşmürəm, niyə buna görə arada mən yanmalıyam? Mən Farizə 8 yox, 7,8 bal verə bilərdim. Ancaq oyunun çətinliyini, hava şəraitini nəzərə alıb, qiymətimi 0,2 bal artırdım. Məgər elə çətin hava şəraitində, güclü yağış altında, elə qazonda oyun idarə etmək asan idi? Məni cəzalandıranları Allaha tapşırıram. Qoy onlar Allah qarşısında cavab versinlər”.

0
0