Markus Heykkinen: “Azərbaycan yığması müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir”
11.10.2008 - 13:08
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Azərbaycan millisi haqda qeyri-adi məlumatımız yoxdur. Bilirik ki, onlar müdafiədə oturmaqla oyunun qurtarmasını gözləyir. Bu yolla da rəqibi büdrədirlər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının yarımmüdafiəçisi Markus Heykkinen deyib. Azərbaycan yığması ilə bu gün keçiriləcək qarşılaşmadan iki gün sonra 30 illik yubileyini qeyd edəcək futbolçu komandamızı Hollandiya ilə müqayisə edib: “Düzdür, Lixtenşteynlə fərqli oynayıblar. Lakin bu o demək deyil ki, onlar Hollandiya kimi oynayır. Oyunla bağlı taktikamızı da müəyyənləşdirmişik. Bir saata qarşılaşmanın taleyini həll edib, matçı rahat bitirmək istəyirik”.
0
0