Murad Məmmədov Belarusa yollanır
11.10.2008 - 20:34
Murad Məmmədov Belarusa yollanır
Bakı - APA-Sport. Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Murad Məmmədova yeni təyinat gəlib. “APA-Sport”un AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, hakim-inspektor Belarus səfərinə hazırlaşır.

Belə ki, həmyerlimiz 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunun oyunlarına dəvət alıb. Məmmədov İsveçrə - Belarus, Belarus – Şotlandiya və Şotlandiya - İsveçrə matçlarında iştirak edəcək. Özü də o, birdən-birə 2 vəzifəni hakim-inspektor və UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Sözügedən qarşılaşmalar müvafiq olaraq, 18, 20 və 23 oktyabrda keçiriləcək.
0