Mikael Forsell: “Qol yetişmişdi”
13.10.2008 - 09:29
Mikael Forsell: “Qol yetişmişdi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycanla oyunda vurduğum qol yetişmişdi”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının hücumçusu Mikael Forsell deyib. Oktyabrın 11-də keçirilən dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasının qapısına vurulan yeganə qolun müəllifi görüşdən sonra təəccübünü gizlətməyib: “Penaltiyədək 3 real qol imkanımız olmuşdu ki, bu da qolun “yetişməyindən” xəbər verirdi. İndi onlardan istifadə etməməyimizi yada salmaq istəmirəm. Ən vacib olan qələbə idi ki, biz də üç xalı hesabımıza yazdıq. Bununla da Rusiyaya səfər öncəsi özümüzdə inam hissini artırdıq. Azərbaycanla qarşılaşmada məni ən çox tamaşaçılar təəccübləndirdi. Gözlədiyimdən də çox olan azarkeş auditoriyası sonadək bizi dəstəklədi”.


0