Hyuyupya Azərbaycanla oyunu şouya bənzətdi
13.10.2008 - 09:44
Hyuyupya Azərbaycanla oyunu şouya bənzətdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Minimal hesabla qalib gəlməyimizə baxmayaraq, çox xoşbəxtik. Azərbaycanla qarşılaşmanın bəzi epizodları əsl şounu xatırladırdı”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının kapitanı Sami Hyuyupya deyib.

Dünya çempionatının seçmə mərhələsinin oktyabrın 11-də keçirilən qarşılaşmasında komandası üçün penalti qazanan mərkəz müdafiəçisi qayda pozuntusunun olduğunu bildirib: “Biz oyunun axarına nəzarəti sonadək əlimizdə saxladıq. Oyunun tempini diqtə edən tərəf də yığmamız olduğu üçün çoxlu sayda qol epizodları yaratdıq. Penaltiyə gəlincə, məşqdə hazırladığımız ev tapşırığını yerinə yetirirdik. Cərimə meydançasına daxil olub irəliləmək istəyirdim. Lakin iki dəfə əllə məni tutmaq istədilər. İlk cəhdləri boşa çıxdı. Çünki onların əlindən sıyrıla bildim. Amma ikinci dəfə özümü “təslim edici köynəkdə” hiss etdim. İndi hakimlər belə epizodlara böyük diqqətlə yanaşırlar. Bu mənim karyeramda ilk dəfədir ki, qazandığım penaltin sayəsində 3 xal əldə edirik”.


0