Bekster Foqtsun cavabını verdi
13.10.2008 - 10:02
Bakı. Mehman Süleymanov - APA-Sport. Berti Foqts 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının da yer aldığı qrupla bağlı proqnoz verib. “APA-Sport”un məlumatına görə, almaniyalı baş məşqçi iki gün öncə səfərdə uduzduğumuz Finlandiya milli komandasının final mərhələsinə çıxmayacağını bəyan edib.
O, Azərbaycanı şübhəli penalti zərbəsi sayəsində minimal hesabla (0:1) məğlub edən finləri potensialına görə Almaniya və Rusiyadan zəif sayıb: “Fikrimcə, qrupumuzda ilk iki yer uğrunda Almaniya və Rusiya mübarizə aparacaq. Finlər qrupda maksimum 3-cü yeri tutacaqlar”.
Finlandiya yığmasının baş məşqçisi Stüart Beksterin buna münasibəti isə belə olub: “Hamı belə hesab etsə, bu, mənə sərf edəcək. Onda rəqiblərimiz bizimlə oyuna ikiqat güclə hazırlaşmayacaqlar. Belə olan halda, bizim “atəş açmaq” şansımız yaranacaq. Atam şotland olduğundan, damarlarımda döyüşçü qanı axır. Elə buna görə də biz hər oyunda sonadək mübarizə aparacağıq”.

0
0