Yığmanın baş məşqçisi 4-cü liqa klubunda oynayır
13.10.2008 - 10:11
Bakı - APA-Sport. Futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində Türkiyə milli komandasının növbəti rəqibi Estoniyanın vəziyyəti ürəkaçan deyil. “APA-Sport”un məlumatına görə, Baltikyanı ölkənin yığması qrupda keçirdiyi hər 3 görüşdə məğlubiyyətlə üzləşib. Öncə Belçikaya uduzan (2:3) estoniyalılar Bosniya və Herseqovina (0:7), eləcə də İspaniyadan (0:3) da ağır zərbə alıblar.
Ancaq Estoniya ilə bağlı ən təəccüblü məqam komandanın yarış cədvəlindəki mövqeyi deyil. Ən qəribəsi budur ki, yığmanın baş məşqçisi Tarmo Ruutli hələ də futbolçu karyerasını davam etdirir. 54 yaşlı məşqçi-futbolçu Estoniyanın 4-cü liqasında mübarizə aparan “Sokkernet” klubunda oynayır. Cari mövsümdə 13 oyuna 3 qol vuran Ruutli futbolçu karyerasını davam etdirdiyi üçün dünyadakı bütün həmkarlarından fərqlənir.
Qeyd edək ki, Estoniya - Türkiyə matçı oktyabrın 15-də Tallində keçiriləcək.

0
0