Azərbaycan yığmasında yeni rekord
13.10.2008 - 10:24
Azərbaycan yığmasında yeni rekord
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev yeni rekord müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi milli komandanın tarixinə ən gənc oyunçu kimi düşüb. Oktyabrın 11-də Helsinkidə Finlandiya millisinə qarşı keçirilən görüşdə meydana çıxan Araz 16 yaş 176 günlüyündə yığmada debüt edib.

1992-ci il aprelin 18-də anadan olan Abdullayev Vüqar Nadirova məxsus rekordu 72 gün üstələyib. Hazırda “Karvan”da çıxış Nadirov 2004-cü il fevralın 12-də İsraillə qarşılaşmada rekorda imza atmışdı. Vüqar 16 yaş 248 günlük olduğu vaxt qarşılaşmanın 65-ci dəqiqəsində meydana çıxmışdı.

Maraqlıdır ki, almaniyalı Berti Foqtsun debüt şansı yaratdığı Araz kimi, Nadirov da əcnəbi mütəxəssisin - Karlos Alberto Torresin rəhbərliyi altında ilk oyununa çıxıb. Milli komandada ilk görüşünə çıxan Abdullayev həm də komandanın tarixinə yığmanın formasını geyən 155-ci oyunçu kimi düşüb.


0