Yunusoğlu: “Penalti epizodunda heç kimə toxunmamışdım”
13.10.2008 - 11:40
Bakı. Mehman Süleymanov - APA-Sport. “Hakim qəbul etdiyi qərarla məni təəccübləndirdi”. “APA-Sport”un məlumatına görə, bunu Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Rusiya mətbuatına açıqlamasında deyib. Polşanın “Poloniya” klubunda çıxış edən 23 yaşlı futbolçu Finlandiya ilə son rəsmi oyunu idarə edən şotland hakim Uilyam Kollumu təyin etdiyi penalti zərbəsinə görə tənqid edib. Saşanın fikrincə, 29 yaşlı FİFA hakiminin penalti qərarı səhv olub: “Mən heç kimə toxunmamışdım. Bu, sadəcə, hər künc zərbəsindən sonra olan bir mübarizə idi”.
Milli komandamızın ölkədən kənarda çıxış edən digər üzvü, serbiyalı hücumçu Branimir Subaşiç da hakimin qərarından narazı qalıb. Serbiyanın “Srvena Zvezda” klubunda çıxış edən 26 yaşlı futbolçu Helsinkidəki nəticəni ədalətsiz sayır. Subaşiçin fikrincə, nəticə oyuna görə olmayıb: “Mən çox üzülmüşəm, çünki meydan sahibləri bizi oyuna görə yenmədi. Bu, çox məyusedicidir”.

0
0