Qapıçı komaya düşdü
13.10.2008 - 11:44
Bakı - APA-Sport. Almaniya Oberliqasında “Viktoriya Urberax” və “Eşborn” klubları arasında keçirilən oyunda xoşagəlməz hadisə baş verib. “APA-Sport”un məlumatına görə, epizodların birində meydan sahiblərinin qapıçısı ciddi zədələnərək ölümcül vəziyyətdə xəstəxanaya çatdırılıb.
Komandasını real qoldan xilas edən Yurgen Hoffelnerin başı qapı dirəyinə çırpılıb. Üz sümüklərinin böyük qismi qırılan 35 yaşlı qapıçıya tibbi müdaxilə edilsə də, onu hələ də koma vəziyyətindən çıxarmaq mümkün olmayıb.

0
0