Kamran Ağayev Uels yığmasını “tilsimləyib”
13.10.2008 - 12:02
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Uels yığmasını “tilsimləyib”. “APA-Sport”un məlumatına görə, cari seçmə mərhələdə keçirdiyi hər üç oyunda penaltini vurmaq şansı qazanan uelslilər bundan yararlana bilməyiblər.
Bu, uğursuz seriya isə milli komandamızla sentyabrın 6-da Kardiffdə keçirilən oyundan başlayıb. Kamran Ceyson Kumasın zərbəsini dəf etdiyi görüşdən dörd gün sonra Qarret Beyl Rusiya yığmasının İqor Akinfeyevlə “duel”dən qalib ayrıla bilməyib. Həmin vaxt qolun olmamağına Akinfeyevin ustalığı yox, Beylin qeyri-dəqiqliyi səbəb olsa da, hər halda, bu da yerinə yetirilməyən penaltidir. Lixtenşteynlə Kardiffə keçirilən son oyunda isə 11 metrlik cərimə zərbəsini vurmaq hüququ Uels yığmasının kapitanı Kreyq Bellamiyə verilib. Amma 29 yaşlı hücumçunun zərbəsini rəqib qapıçı Peter Yele dəf edib. Bütün bunlara görə çox üzülən Uels yığmasının baş məşqçisi Con Toşakı komandasının cari seçmə mərhələdə “rekord” etməsi, belə gedişlə qrupdan çıxmaq vəzifəsinin yerinə yetirməsinin ağır olması qayğılandırır. Toşak bir illik fasilədən sonra yığmaya qayıdan Bellaminin penaltidən istifadə edə bilməməyinə belə izah verib: “Görünür, Lixtenşteyn yığmasının qapıçısı ingilis dilini bilir. Çünki Bellami oyundan bir gün öncə, axşam qəzetə penalti vurmalı olarsa, zərbəni sol küncə vuracağını deyib. Yəqin ki, rəqib qapıçı bu müsahibəni oxuyub”.

0
0