Kasilyas rekord qırdı
13.10.2008 - 12:23
Kasilyas rekord qırdı
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniya yığmasının kapitanı İker Kasilyas yeni rekord müəyyənləşdirib. “APA-Sport”un məlumatına görə, onun qapısını qoruduğu yığma komanda Tallində Estoniya ilə keçirdiyi seçmə oyundan sonra artıq 710 dəqiqədir qol buraxmır. Bununla da Kasilyas 1993-cü ildə müəyyənləşdirən milli rekordu 20 dəqiqə yaxşılaşdırıb. “Real”ın qapıçısı həm də şəxsi rekordunu müəyyənləşdirib. Belə ki, 27 yaşlı İkerin “quru seriya”sı 686 dəqiqəyə çatıb.
Qeyd edək ki, İspaniya qalibi olduğu son Avropa çempionatında (AÇ) cəmi üç qol buraxıb və bunlar qrup mərhələsinin oyunlarına təsadüf edib. Bu qollardan ikisi Kasilyas, biri isə “Liverpul”da çıxış edən həmkarı Xose Reynanın payına düşür. Cari seçmə mərhələdə qalib gəldiyi üç oyunda səkkiz cavabsız qol vuran İspaniyanın rekordu AÇ-də Yunanıstanı məğlub etdikləri (2:1) görüşdən başlayır.
0