Milli komandanın qol həsrəti
13.10.2008 - 12:26
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının qol həsrəti davam edir. Oktyabrın 11-də Helsinkidə keçirilən görüşdə Finlandiya yığmasının qapısına yol tapmayan komandamız uğursuz seriyalarını qıra bilməyib. Avqustun 20-də İslandiya ilə yoldaşlıq oyununda fərqlənən Fabio Luis Ramimin qolundan sonra ardıcıl 4-cü oyundur ki, futbolçularımız meydanı top vurmadan tərk edir.
“APA-Sport”un məlumatına görə, İranla yoxlama, Uels, Lixtenşteyn və Finlandiya ilə seçmə mərhələ qarşılaşmalarında qolun necə vurulduğunu unudan komandamız artıq 402 dəqiqədir rəqib qapısını “fəth” edə bilmir. Ramimin qolunun yoldaşlıq oyununda vurulduğunu nəzərə alsaq, seçmə mərhələlərdəki susqunluq ötən ildən davam edir.
Noyabrın 17-də Helsinkidə Mahmud Qurbanovun Finlandiyanın qapısına vurduğu top hələlik tsikllərdə sonuncudur. Həmin qoldan sonra 4 matçdır bu uğuru təkrarlaya bilməyən futbolçularımız 387 dəqiqədir meydanda faydasız hərəkət edir.
Dünya çempionatının seçmə mərhələlərində isə yığmamız 4 ildir qol vurmur. 2004-cü il sentyabrın 4-də Rəşad Sadıqovun Uelsi məyus etməsi ilə başlayan seriya artıq 1114 dəqiqəyə çatıb. Yığmamız ardıcıl 12 matç rəqib qapısına yol tapmır.

0
0