Şok iddia: futbol Türkiyədə yaranıb!
13.10.2008 - 13:49
Bakı - APA-Sport. Dünyanın ən populyar idman növü futbolun vətəni ilə bağlı yeni iddialar ortaya çıxıb. “APA-Sport”un məlumatına görə, futbolun ilk dəfə Türkiyədə oynanılması barədə fikirlər irəli sürülüb. Bunu türkiyəli idman tədqiqatçısı Vəli Nəcdət Arığ iddia edib.
86 yaşlı keçmiş futbol hakimi uzun müddət Çin və Rusiya kitabxanalarında araşdırma aparıb və yekunda futbolun vətəninin məhz Türkiyə olması nəticəsinə gəlib. Arığını sözlərinə görə, eramızdan əvvəl Çində yaranan idman növü futboldan çox fərqlənib: “Həmin idman növü “təpik” adlanırdı. Qaydaya əsasən, 2 oyunçu divarda açılan dəlikdən topu keçirməli idi. “Təpik” oyununda nə mübarizə var idi, nə də azarkeş. Yəni, bu, futbola bənzəmirdi”.
Arığ iddia edir ki, futbol qaydalar çərçivəsində ilk dəfə Türkiyədə oynanılıb: “Sultan Mehmet Çələbinin dövründə Mesopotomiyada futbol yarışı təşkil edilib. Yarışa “Barika” və “Layika” adlı 2 komanda qatılıb. Türklər təxminən 1450-ci ildə qaydalar hazırlayıblar. O vaxt futbolda əllə oyuna icazə yox idi. Başqa sözlə, komandada qapıçı olmurdu. Sadəcə, oyun zamanı aut və cərimə zərbələri var idi. Özü də ofsayd hücumçular deyil, müdafiəçilər üçün tətbiq edilirdi. Qapı tirsiz iki dirəkdən ibarət idi. Oyunda yalnız 1 hakim olurdu, o, qapının yanında durub qolları sayırdı”.
Türkiyəli tədqiqatçı tədricən futbolun coğrafiyasının genişləndiyini bildirir. Növbəti qərinələrdə, əsrlərdə futbol Türkiyə sərhədini aşaraq, ardıcıllıqla Yunanıstana, İtaliyaya və Fransaya qədəm basıb. Çoxları tərəfindən futbolun vətəni sayılan İngiltərəyə isə “idmanın şahı” lap sonralar gəlib çatıb.
Qeyd edək ki, müasir futbolun tarixi 1863-cü ildən hesablanır. Həmin ildə İngiltərədə peşəkar klubu yaradılıb. Futbolun vətəninin İngiltərə və ya Braziliya olması barədə müzakirələr isə həmişə aktual olub.

0
0