Danışılmış oyunlar haqda daha bir xəbər
13.10.2008 - 14:41
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə Futbol Assosiasiyası (İFA) bəzi klubların danışılmış oyunlarda iştirak etməsi faktı ilə bağlı araşdırmaya başlayıb. “APA-Sport”un məlumatına görə, adları açıqlanmayan 5 komanda və 30 futbolçu ilə bağlı təhqiqatlara ingilis jurnalistlər səbəb olub. “Sundey Teleqraf”ın əməkdaşları Filippində qərarlaşan bukmeker kontorlarının birində İngiltərə çempionatının birinci dəstəsindəki qarşılaşmaya böyük məbləğdə pulun qoyulmasını aşkarlayıb. İFA rəsmi bəyanatla çıxış edərək, məsələni sonadək araşdıracağını bildirib.
- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0