Arda Turan U-21-də oynayacaq
13.10.2008 - 14:42
Bakı - APA-Sport. Türkiyənin 21 yaşadək (U-21) futbolçulardan ibarət milli komandası Avropa çempionatının final mərhələsinə yüksələcəyi halda, Arda Turan heyətə cəlb ediləcək. “APA-Sport”un məlumatına görə, bu açıqlama ilə federasiya prezidenti Mahmut Özgener çıxış edib.
“Biz gənclərdən ibarət yığmaya da böyük önəm veririk. Onların Belarus ilə vacib oyunları var. Bu səbəbdən əsas yığmaya çağırılan dörd futbolçunu Belarusa yolladıq. Komanda Avropa çempionatına yüksələcəyi təqdirdə, yaşları uyğun olan Arda Turanla Mehmet Topal kimi oyunçular da heyətə cəlb ediləcəklər” – deyə Özgener bildirib.
Qeyd edək ki, Türkiyənin gənclərdən ibarət yığması Avropa çempionatının pley-off mərhələsinin ilk matçında rəqibini 1:0 hesabı ilə məğlub edib. Tərəflər arasında cavab oyunu sabah Belarusda keçiriləcək.

- Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
- Haaland üçün xüsusi plan yoxdur - Seneqal Norveçi gözləyir
- Arnolddan Mbappe zarafatı - “Üç qapıçı ilə oynaya bilərikmi?”
- Konseysaodan Ronaldoya tərif - “Onun kimisi olmayıb”
- "Fənərbaxça"dan rədd cavabı - Braun üçün təklif qəbul edilmədi
0
0